Zərdabda partlayış - 3 nəfər xəsarət alıb
18:20 23 Mart 2017
Zərdab rayonunda evdə partlayış olub.
Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 20-də saat 20.00 radələrində Zərdab rayonunun Məlikli kəndində yaşayan Habil Qasımovun evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib.
Nəticədə mətbəxin şüşələri sınıb, ev sahibinin oğlu Turqut, qohumları Yeganə Manaflı və onun nəvəsi Adəm Manaflı yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Femida.az
Oxunub: 766
Oxşar xəbərlər
- Zərdabda yem emalı müəssisəsi açıldı
- Zərdabda 3 otaqlı ev yandı
- Zərdabda dəhşət: Evləri əlindən alınan ailə at arabasında yatır - FOTOLAR
- Zərdabda sahibkarlara güzəştli kredit verilib
- Zərdabda güclü külək ölümə səbəb oldu
- Zərdabda intihar - Yaxınları asılmış meyitini tapdı
- Zərdabda yanğın olub
- Zərdabda 37 minlik korrupsiya
- Zərdabda məktəb binası yanıb
- Zərdabda ağır qəza: 1 nəfər öldü, 2 nəfər komaya düşdü