Sabah hava yağmursuz olacaq
16:42 25 Mart 2017
Martın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az -a verilən məlumata görə, bəzi yerlərdə zəif duman, səhər çiskin olacaq, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-6° isti, gündüz 10-15° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 80-90%, gündüz 55-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.
Oxunub: 1000
Oxşar xəbərlər
- Sabah hava yağışlı olacaq
- Sabah hava küləkli olacaq
- Sabahın məzənnəsi
- Sabah yağış yağacaq, duman olacaq
- Sabaha olan hava proqnozu
- Sabah hava necə keçəcək? - Proqnoz
- Sabahın hava proqnozu - külək, duman..
- Sabah hava yağmursuz olacaq
- Sabahın məzənnəsi açıqlandı
- Sabah Bakıda yaz havası olacaq - PROQNOZ