Geomaqnit qasırğası başlayıb


17:00     27 Mart 2017 1440697430_solar_flare_700x390.jpg

Bu gün qəfil geomaqnit qasırğası başlayıb.


Bu barədə Femida.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib.

Onun sözlərinə görə, qasırğanın gücü G2-dir (maksimum G5 olur), Kp indeksi isə 5-dir. Qasırğa gün ərzində ən azı G1 sinfinə mənsub olan səviyyədə davam edəcək.

Carı qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir (Coronal Hole = CH).

Açar sözlər:

Oxunub: 1227