Bazardan yarım ton noxud oğurlandı


01:55     28 Mart 2017 noxud_tarla_031016.jpg

Cəlilabad rayonunda yerləşən bazarlardan birində oğurluq hadisəsi baş verib.


Femida.az "Report"a istinadən xəbər verir ki, bazarın ərzaq məhsulları satılan hissəsində 500 kiloqrama yaxın noxud oğurlanıb.
Sözügedən bazarın böyük mühafizə şəbəkəsi olmasına baxmayaraq, hadisənin müəmmalı şəkildə baş verdiyi bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır. Oğurluğun kim və ya kimlər tərəfindən törədildiyi öyrənilir.

Açar sözlər:

Oxunub: 1560


Oxşar xəbərlər