99 terrorçu məhv edilib - Türkiyədə əməliyyat


00:04     02 Aprel 2017 pkk%20ter.jpeg

Türkiyədə 24-30 mart tarixlərində PKK-ya qarşı əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.


Femida.az -ın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı son bir həftədə Şırnak, Hakkari, Mardin, Diyarbəkir, Bitlis ve Ağrıda keçirilən əməliyyatlarda 99 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Bundan başqa, xeyli sayda silah-sursat və narkotik ələ keçirildiyi bildirilir. Əməliyyatlar zamanı terrorçuların gəlir mənbələrinə də ağır zərbələr vurulub.

Femida.az

Açar sözlər:

Oxunub: 3868