3600 manat kreditə qarşı 17 min manata yaxın pul ödəyib – VİDEO


01:49     02 Aprel 2017 kredi.jpg

Bərdə sakini Faleh Həmzəyev, eyni bankdan ümumilikdə 3600 olmaqla 3 dəfə kredit götürüb.



Femida.az Xezerxeber.az-a istinadən məlumat verir ki, adı problemli kreditlər siyahısına düşdüyündən ödəniş pensiya kartına yönəldilib.

Faleh Həmzəyev, 4 ildir banka 17 min manata yaxın pul ödədiyini deyir.

O, 4 il 7 aydır ki, pensiya kartındakı pulun hamısının kreditlərin aylıq ödəniş üçün tutulduğunu iddia edir.

Mübahisəli məsələ olduğundan mütəxəssislər şəxsin, əvvəlcə rəsmi sənədləri toplamalı olduğunu deyirlər. Yalnız bundan sonra ödənilən məbləğlə borc arasındakı qiymət fərqi ortaya çıxa bilər.

İcra haqqında qanuna görə isə, pensiya kartının maksimum 50 faizi aylıq ödənişlərə cəlb edilə bilər.




Açar sözlər:

Oxunub: 1753


Oxşar xəbərlər