İlham Əliyev Putinə başsağlığı verdi


23:12     03 Aprel 2017 ilham_aliyev_main__221216_221.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.


Femida.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç. Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı.

Biz heç bir təqsiri olmayan dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

Femida.az

Açar sözlər:

Oxunub: 1456