Dubaydan Azərbaycana gələnlərin sayı artıb


23:20     03 Aprel 2017 ereb%20turist.JPG

Mart ayında ölkəmizə İrandan təyyarə ilə Bakıya 12 mindən çox turist gəlib.


Bu barədə Femida.az-a Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, ötən il bu rəqəm 4300 idi.

“Bu rəqəmlər sırf İrandan təyyarə ilə ölkəmizə gəlin iranlı turistlərin sayıdır. Bu statistikada avtobus, öz maşını ilə gələn, öz evlərində qalan, Naxçıvana gedən iranlı turistlərin sayı yoxdur. Onların rəqəmləri isə bir qədər gec açıqlanır. İrandan əvvəl Tehrandan yalnız uçuşlar olurdusa, artıq bu ildən AZAL vasitəsilə Tehran, Təbriz, Şiraz, Məşəddən birbaşa uçuşlar təşkil olunub və günü-gündən də çoğrafiya genişlənir”.

N.Bağırov qeyd edib ki, mart ayı ərzində Dubaydan gələnlərin sayı isə 2 dəfə artıb: “Mart ayında Azərbaycana Dubaydan 17 minə yaxın turist gəlib. Ötən il isə Dubaydan gələn turistlərin sayı 8 minə yaxın olub”.

Açar sözlər:

Oxunub: 640