“Təzə Bazar”da yanğın söndürüldü - YENİLƏNİB


05:38     04 Aprel 2017 image821.jpeg

Bakıda "Təzə bazar"da baş verən yanğın söndürülüb.


Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib.

***
Fövqəladə Hallar Nazirliyi (FHN) “Təzə Bazar”-da baş vermiş yanğınla bağlı məlumat yayıb

Femida.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda “Təzə Bazar” adlanan ərazidə yanğın baş verməsi haqqında məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

Bakıda "Təzə bazar"da yanğın hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınları cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.


Zərərçəkənlər barədə hələ ki, məlumat yoxdur.

Açar sözlər:

Oxunub: 762