“Azərişıq” xüsusi qərargah yaratdı


14:52     04 Aprel 2017 azerisiq.jpg

12-22 may tarixlərində Bakıda keçiriləçək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Azərişıq” ASC sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirir.


Qurumun mətbuat xidmətindən Femida.az-a daxil olan xəbərə görə, Oyunların keçiriləcəyi ərazilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə bağlı 2015-ci ilin sentyabrında və 2017-ci ilin yanvar tarixlərində “Azərişıq” ASC-nin sədri Baba Rzayev tərəfindən müvafiq əmr və sərəncamlar imzalanıb. Həmin sərəncamların icrası ilə əlaqədar idman yarışlarının və məşqlərinin keçiriləcəyi obyektlərin, ölkəmizə gələcək nümayəndə heyətlərinin, qonaqların yerləşdiriləcəyi mehmanxanaların, habelə ictimai iaşə, mədəniyyət, əyləncə və digər sosial obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti yoxlanılıb, elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb. Yoxlama-sınaq zamanı bəzi idman obyektlərində müəyyən edilmiş qüsurlarla bağlı rəsmi şəkildə əlaqədar federasiyalara və sözügedən obyektlərə tələbnamələr təqdim edilib. Eyni zamanda, vəziyyətlə bağlı İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi məlumatlandırılıb. Artıq sözügedən obyektlərdə qüsur və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

İslam Həmrəylik Oyunlarının keçiriləcəyi yerlərin, eyni zamanda tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün “Azərişıq” ASC-nin sədrinin əmrinə əsasən yarışların hazırlıq dövründə görülən işlərin əlaqələndirilməsi məqsədi ilə Səhmdar Cəmiyyət üzrə Mərkəzi Qərargah yaradılıb, məsul şəxslər də cəlb olunmaqla tam əhatəli Tədbirlər Planı hazırlanıb. Bu məqsədlə idman oyunlarının keçiriləcəyi yerləri, habelə bununla bağlı digər obyektləri qidalandıran yaımstansiya və transformator məntəqələrində qurlaşdırılan rele mühafizəsi, aftomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi, adiyyəti üzrə göndərilməsi, yarışlarda növbə çəkəcək əməliyyat heyəti və məsul şəxslərin aprel ayında təkrar treninqlərə cəlb olunması təmin edilib.

Əmrə əsasən idman tədbirininə hazırlıq dövründə və yarışların keçiriləcəyi günlərdə elektrik enerjisi təchizatı ilə bağlı yarana biləcək bütün məsələlərin operativ həll olunması üçün Azərbaycan IV İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi ilə koordinasiyalı fəaliyyətin təşkili məqsədi ilə “Azərişıq” ASC-də xüsusi qrup da yaradılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 754