Qırğızıstan XİN başçısı: Terroru törədən Rusiya vətəndaşıdır


18:41     04 Aprel 2017 terror631.jpg

Rusiya və Qırğızıstan xarici işlər nazirləri Sankt-Peterburqda törədilən terror aktının icraçısı ilə bağlı məsələsini müzakirə ediblər.


Bu barədə Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib.

”Biz bu gün görüşdə Sankt-Peterburqda baş verən terror aktını müzakirə etdik. Terroru törədən şəxs Qırğızıstan əsillidir, lakin o, Rusiya vətəndaşlığını qəbul edib. Bizim Dövlət Təhlükəsizlik Komitəsi də terrorçu-kamikadzenin Qırğızıstan əsilli Rusiya vətəndaşı olduğunu təsdiqləyib”, - deyə E. Abdıldayev vurğulayıb.

Nazir terrorçu-kamikadzenin İŞİD-lə əlaqəli olub-olmadığı barədə suala da cavab verib. Onun sözlərinə görə, terrorçu-kamikadzenin İŞİD-lə əlaqəli olub-olmadığını söyləmək hələ tezdir: “Bunun üçün xüsusi xidmət orqanlarımızın apardıqları işin sona çatmasını gözləmək lazımdır. Onlar bizə tam məlumat verəcəklər”.

Sergey Lavrov isə çıxışında terrorçunun milliyyətinin olmadığını söyləyib: “Terrorçuluğu insanın hansı milliyyətə və dinə mənsub olması ilə əlaqələndirmək olmaz, bu, qəbuledilməzidir Terrorçuluq bütün bəşəriyyətə, bütün dünya dinlərinə qarşıdır”.

Femida.az

Açar sözlər:

Oxunub: 761