İslam Oyunlarına belə hazırlaşırlar


16:21     05 Aprel 2017 fhnhazirlas_1491379759.jpg

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq tədbirləri çərçivəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksində təlim keçirilib.


FHN-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq tədbirləri çərçivəsində 2017-ci il 5 aprel tarixində Heydər Əliyev adına İdman-Konsert Kompleksində təlim keçirilib.

Təlimə Azərbaycan Respublikası Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin aidiyyəti qurumları, canlı qüvvə və texnikası cəlb olunub. İdman yarışları keçiriləcək obyektdə baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması məqsədi ilə keçirilən təlimdə yanğın təhlükəsizliyinin təmin olunması, tamaşaçıların təxliyyə olunması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi üzrə əməliyyatlar həyata keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 800