Türkiyəyə qarşı “dördlər ittifaqı” yaranır?


18:14     08 Avqust 2015 10152496720.jpg

Şərqi Aralıq dənizində vacib hadisələrin baş verdiyi, Türkiyənin diqqətinin PKK terroru və Suriyanın şimalındakı hadisələrə yönəldiyi bir vaxtda Afina və Qahirə kritik addım atıb.


Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni Süveyş kanalının açılışından sonra görüşən Yunanıstanın baş naziri Aleksis Çipras və Misir prezidenti Əbdülfəttah Əl-Sisi Türkiyənin əleyhinə ittifaqın yaradılacağı barədə siqnallar verib.

YUNANISTAN – CƏNUBİ KİPR – MİSİR ZİRVƏSİ





Çipras ilə Sisi arasında əldə olunan razılaşmaya görə, yaxın gələcəkdə Yunanıstan, Cənubi Kipr və Misirin iştirakı ilə sammit keçiriləcək. Şərqi Aralıq dənizindəki enerji ehtiyatları və dənizdə əməkdaşlığın müzakirə olunacağı sammitdə əhəmiyyətli razılaşmaların əldə oluna biləcəyi deyilir.

AFİNA QAHİRƏ İLƏ ƏLAQƏLƏRİNİ GÜCLƏNDİRİR





Misirdə görüşən Çipras və Sisi, Yunanıstan ilə Misir arasında dəniz sərhədlərinin müəyyən edilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi və Süveyşin Pire Limanı başda olmaqla Yunanıstan birləşdirilməsi kimi məsələləri müzakirə edib.

Yunanıstan Baş Nazirliyi mənbələri iki lider arasındakı görüşün çox səmimi bir atmosferdə baş tutduğunu deyib. Digər yandan sentyabr ayında Süveyş kanalında Yunanıstan şirkətlərinin fəaliyyətə başlaması istiqamətində işlər görüldüyü deyilib.

İSRAİL FAKTORU





Afina ilə Qahirə arasındakı yaxınlaşma İsrailin Yunanıstan və Cənubi Kipr ilə əlaqələrini yaxşılaşdırdığı bir dövrə təsadüf edir. Yunanıstanlı analitiklər dörd ölkə arasında güclənən əlaqələrin yaxın gələcəkdə Türkiyə ilə yeni gərginliyə yol aça biləcəyi ehtimalı üzərində dayanırlar.

Şərqi Aralıq dənizində yuxarıda adı çəkilən 4 ölkə arasında yaxınlaşmanı “Sputnik” agentliyinə şərh edən ekspertlər hesab edir ki, Ankaranın Qahirədəki Sisi hakimiyyətini legitim hesab etməməsi Misiri Cənubi Kipr və Yunanıstana yaxınlaşdırıb.


ƏRDOĞANIN SİSİ ANTİPATİYASI




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın Qahirə ilə münasibətlərinə soyuq yanaşması, Yunanıstan ilə Misir arasındakı münasibətlərdə baş rol oyunçusu mövqeyində olduğu bildirilir.

Şərq Aralıq Dənizdəki bu yaxınlaşmağı Sputnik dəyərləndirən resurslar da "Ərdoğanın Misir üçün istifadə etdiyi sərt ritorikan Qahirə Cənubi Kiprə və Yunanıstana yaxınlaşdırdığı teoremi üzərində dayanır.

“Kathimerini” qəzetinin beynəlxalq siyasət üzrə müxbiri Sotiris Siderisin fikrinə görə Şərqi Aralıq Dənizdə Türkiyəyə qarşı atılan bu addımlar yaxın gələcəkdə yeni ziddiyətlərə və regionda gərginlik artmasına səbəb ola bilər.

Şahverdi Şirinli
Femida.az


Açar sözlər:

Oxunub: 4249