Burnunu it dişləyib qoparan uşaqdan xəbər var - VİDEO


01:45     06 Aprel 2017 emel.jpg

Şəmkir rayonu Səməd Vurğun kəndində dörd yaşlı Səma həyətdə oynayarkən saxladıqları it onun burnunu dişləyərək bir hissəsini qoparıb.


Femida.az -ın Xəzər TV-yə istinadən məlumatına görə, azyaşlının atası Elməddin Sarıyev deyir ki, qızını Bakıya gətirib, ona məsləhət görülən həkimin yanına aparıb.

Əməliyyatı estetik və plastik cərrah Mircəfər Seyid həyata keçirib.

Həkim bildirib ki, azyaşlı xəstəxanaya daxil olanda burnunun sol yarısının aşağı hissəsini it tamamilə qoparmışdı və burun sümüyü açıqda qalmışdı. Onun sözlərinə görə, rekonstruktiv və mikrocərrahiyyə plastik cərrahiyyənin ən mürəkkəb hissəsidir.

Nadir estetik əməliyyat 11 saat davam edib.

Mircəfər Seyid əməliyyatdan sonra qeyd edib ki, Səmanın burnu bir il ərzində tamamilə əvvəlki görünüşünə qayıdacaq .



Açar sözlər:

Oxunub: 2297


Oxşar xəbərlər