İlham Əliyevə mükafat verildi - FOTO
15:28 06 Aprel 2017
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İstanbul şəhərinin Çekmeköy bələdiyyəsinin aylıq nəşri olan “Çekmeköy 2023” jurnalının təsis etdiyi Beynəlxalq Dostluq Mükafatı ilə təltif edilib.
Femida.az Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı bu mükafata 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınması, qardaş ölkədə dövlətçiliyin, qanuni hakimiyyətin qorunması ilə bağlı göstərdiyi qətiyyətli mövqeyə görə layiq görülüb.
Mükafatı aprelin 5-də İstanbulun “Çırağan” Sarayında təşkil olunan təntənəli mərasimdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev qəbul edib.
Femida.az
Oxunub: 3155
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir