Tanınmış kosmonavt vəfat edib


17:41     08 Aprel 2017 -Гречко-2.jpg

Aprelin 8-nə keçən gecə məşhur SSRİ təyyarəçi-kosmonavtı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Georgi Qreçko dünyasını dəyişib.


“Kosmonavtika Xəbərləri” portalının yaydığı xəbərə görə, Qreçko 85 yaşında vəfat edib.

Qeyd edək ki, 25 may 1931-ci il tarixdə Leninqradda anadan olan Georgi Mixayloviç Qreçko 3 dəfə kosmosa uçub.

Femida.az

Açar sözlər:

Oxunub: 954