Başkənd əməliyyatından 23 il ötür


16:19     09 Avqust 2015 başk.jpg

Bu gün Azərbaycanın tarixi torpaqlarından bir hissəsi olan Başkəndin ermənilərdən azad edilməsinin 23-cü ildönümüdür.


Başkənd vaxtilə Azərbaycan ərazisisində anklav formada yerləşən və Ermənistanın xəritəsinə daxil edilən iri yaşayış məntəqəsi olub. Qarabağda hərbi əməliyyatların başlamasından sonra Ermənistan ordusu həmin anklavdan Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi və orada özünün çoxsaylı hərbi qüvvələrini yerləşdirmişdi.

1992-ci ilin yayında Ermənistan ordusu Şınıx bölgəsinin kəndlərinə Başkənd də daxil olmaqla bir neçə istiqamətdən hücumlar həyata keçirib, bu hücumların birində erməni ordusunun bölmələri Şınıxın bir neçə kəndini tutmaqla Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi planını həyata keçirməyə çalışıb. Lakin bir neçə gün sonra Azərbaycan Milli Ordusunun hissələrinin, xüsusən yerli və Tovuz rayonundan olan könüllülərin keçirdiyi uğurlu hücum əməliyyatı nətəcəsində Başkənd işğalçılardan azad edilib.

Bu, Azərbaycan ordusunun o vaxt həyata keçirdiyi ən uğurlu hücum əməliyyatlarından biri kimi yadda qalıb.

Açar sözlər:

Oxunub: 1180


Oxşar xəbərlər