Bəşər Əsəd: “ABŞ məqsədinə çata bilmədi“
20:55 09 Aprel 2017
"ABŞ Suriyanın Homs əyalətindəki hərbi aerodromuna hücum etməklə arzuladığı nəticələrə nail ola bilmədi".
Femida.az TASS-a istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd bazar günü iranlı həmkarı Həsən Ruhani ilə telefon söhbəti zamanı deyib.
"Əsəd qeyd edib ki, ABŞ hücum etmək yolu ilə məqsədlərinə çata bilmədi. Bu, Suriya ordusunun qazandığı qələbələrdən sonra Birləşmiş Ştatlar tərəfindən dəstək alan terror qruplaşmalarında mənəvi ruh yüksəkliyi yaratmaq cəhdi idi", - deyə SANA agentliyi prezidentin sözlərini sitat gətirib.
Öz növbəsində İran lideri Həsən Ruhani ABŞ-ın Suriya ərazisinə təcavüzünü ölkənin suverenliyinin və bütün beynəlxalq qanun və konvensiyaların kobud şəkildə pozulması adlandırıb. O, İranın terrorçuluqla mübarizədə Suriyanın yanında oduğunu bildirib.
Oxunub: 2714
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- İşsizlərə ŞAD XƏBƏR!
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Sarkisyan xəstəxanaya yerləşdirildi
- Salatın Əsgərovanı qətlə yetirən ermənilər kimlərdir? -ADLAR