Hacıqabulda piyada vuruldu


03:36     10 Aprel 2017 astarada-piyadan-vurub-ldrdlr_146.jpeg

Hacıqabulda avtomobil 54 yaşlı piyadanı vurub.


Saat 22.00 radələrində Hacıqabul rayon mərkəzində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Quba rayonunun Xınalıq kənd sakini, 1963-cü il təvəllüdlü Qəribov Süleyman Oruc oğlu yolu keçərkən avtomobil tərəfindən vurulub.

Ağır xəsarətlər alan yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 941