İlham Əliyev Nazarbayevi təbrik etdi
14:35 28 Aprel 2015
Aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.
Femida.azPrezidentin mətbuat xidmətinə istinadən məlumat verir ki, dövlətimizin başçısı Nursultan Nazarbayevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbriklərinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
İ.Əliyevin təbrikində deyilir: "Yenidən Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Seçkilərdə Sizin qələbəniz qardaş Qazaxıstan xalqının Sizə yüksək etimadının, dövlətçiliyin möhkəmlənməsinə, sabitliyin qorunmasına, demokratik dəyərlərin bərqərar edilməsinə və ölkə əhalisinin rifahının yüksəldilməsinə yönələn davamlı və uzaqgörən siyasətinizi dəstəkləməsinin təsdiqidir.
Xalqlarımız arasında dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək ənənələrinin inkişafına və genişləndirilməsinə Sizin töhfənizi xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, bizim birgə səylərimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənməsinə, ölkələrimizin çiçəklənməsi, regionun tərəqqisi naminə bütün sahələrdə hərtərəfli qarşılıqlı fəaliyyətin təmin edilməsinə yönəldiləcək.
Hörmətli Nursultan Abişeviç, Sizə möhkəm cansağlığı, səadət, fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm".
Oxunub: 508
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir