“Sınıq Körpü”də əməliyyat – Külli miqdarda siqaret aşkarlandı


14:35     11 Aprel 2017 siqaret5.jpg

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-2109" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.


Bu barədə Femida.az-a DGK-dan məlumat verilib.

Yoxlama zamanı avtomobilin arxa qapılarının içərisindən aksiz markası olmayan, üzərində "Parliament" yazısı olan 6 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 714