Sabah Sumqayıtda su olmayacaq


19:49     11 Aprel 2017 su%20olmayacaq2.jpg

Sabah Sumqayıta içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, Sumqayıt şəhərində istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş magistral su xətti şəbəkəyə birləşdiriləcək.

Bununla əlaqədar aprelin 12-də saat 08:00-dan etibarən gün ərzində Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 819