Cəbhə bölgəsində pambıq əkininə başlanıb
22:30 11 Aprel 2017
Cəbhə bölgəsində pambıq əkininə start verilib.
Femida.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ağdam rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.
İcra başçısı bildirib ki, hazırda rayonda 500 hektar ərazidə çiyid səpilib: "Ümumilikdə 3000 hektar ərazidə pambıq əkini nəzərdə tutulub. Əkiləcək sahələr aqrotexniki qaydalara uyğun hazırlanıb. Səpin üçün lazım olan bütün texnika və avadanlıqlar hazır vəziyyətdədir, yüksək keyfiyyətli toxum gətirilib".
İcra başçısı bildirib ki, 2016-cı il dekabr ayında Prezident İlham Əliyevin Ağdam rayonunda pambıqçılığın inkişafı ilə bağlı sərəncamında 30 subartezyan quyusunun vurulması da nəzərdə tutulub. Artıq həmin quyuların vurulması üçün lazım olan sənədlər hazırlanır.
R.Məmmədov bildirib ki, pambıq əkini aprelin sonuna qədər başa çatdırılmalıdır: "Əslində biz nəzərdə tutmuşduq ki, aprelin 20-dək səpin başa çardırılsın. Havaların qeyri-sabit keçməsi bu işdə bəzi ləngimələrə səbəb olub. Çalışırıq ki, aprelin sonuna qədər səpini başa çatdıraq".
Oxunub: 589
Oxşar xəbərlər
- Cəbhədə son vəziyyət - Atışma səngimir
- Cəbhəboyu kəndlərimiz atəşə tutulub
- Cəbhədə atəş səsləri - İriçaplı pulemyotlar işə düşüb
- Cəbhədə təxribat davam edir - Atəşkəs pozuldu
- Cəbhədə yenə güllə səsləri eşidildi - Nazirlik məlumat yaydı
- Cəbhədən son xəbər
- Cəbhədə gərgin gecə - Kəndlərimiz atəşə tutulub
- Cəbhədə nə baş verib?
- Cəbhəboyu kəndlərdə vətəndaşlara şəxsiyyət vəsiqələri verilib
- Cəbhədə son vəziyyət