Sərhədi pozmuş 2 nəfər tutuldu - İran vətəndaşlarıdır


20:14     13 Aprel 2017 iran%20serhed.jpg

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin qeyri-leqal miqrasiya məqsədi ilə pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


DSX-nin Mətbuat Mərkəzindən Femida.az-a verilən məlumata görə, aprelin 12-də həyata keçirilmiş tədbirlər nəticəsində Astara rayonunun Alaşa kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı, 1969-cu il təvəllüdlü Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb.

Aprelin 13-də isə DSX və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı, 1974-cü il təvəllüdlü İsmayıl Bərzigir Abbas oğlu saxlanılıb.

Hər iki fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1645