İlham Əliyev 4 minə yaxın məhkumu əfv edib - Nazirdən açıqlama
03:01 14 Aprel 2017
"Azərbaycan Prezidenti tərəfindən 3 800-dən çox, o cümlədən ötən ay 423 məhkum əfv edilib, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş 4 amnistiya aktı 40 min insana şamil olunub"
Bunu Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirilmiş geniş iclasda bildirib.
Onun sözlərinə görə, dövlət başçısının təşəbbüsü ilə ötən il iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək, 1500-dək məhkum cəza çəkməkdən azad olunub, yaxud cəza müddətləri azaldılıb.
"Bu baxımdan dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 10 fevral 2017-ci il tarixli sərəncamının müstəsna əhəmiyyəti var", - deyə nazir vurğulayıb.
F.Məmmədov deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş insan haqlarının prioritetliyi və humanizm siyasətinə sadiqlik ölkəmizdə dövlət idarəçiliyinin əsas prinsiplərinə çevrilib.
Femida.az
Oxunub: 1711
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir