Barmağında dəmir halqa qaldı - FHN köməyinə gəldi


12:57     14 Aprel 2017 hakqa%20demir.jpg

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılaraq qalması barədə məlumat daxil olub.


Femida.az -ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq dəmir halqanı kəsib və vətəndaşın barmağından çıxarıblar. Əməliyyat saat 00:29-da başa çatıb.

Açar sözlər:

Oxunub: 1700