Heyvanlara işgəncə verənlər, DİQQƏT!


14:50     10 Avqust 2015 423829542e99dd5b8981412340189_Heyva.jpg

Femida.az vətəndaşlara hüquqi yardım və maarifləndirmə mövzusu ətrafında işini davam etdirir. Budəfəki mövzumuz heyvanlara işgəncə verənlərlə bağlıdır.


Azərbaycanda heyvanlara işgəncə verənlərə cəza nəzərdə tutulubmu?

Mövzu ilə bağlı suallara hüquqşünas Nicat İsmixanov aydınlıq gətirib:

“Azərbaycanda heyvanlara işgəncə verənlərə qarşı cərimələr İnzibati Xətalar Məcəlləsində dəfələrlə artırılıb. Bu dəyişiklik 2013-cü ilin may ayının 31-dən qüvvədədir. Bu dəyişikliyə görə heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə cərimənin məbləği 25 manatdan 500 manata qaldırılıb.

Eyni zamanda yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə görə isə İnzibati Xətalar Məcəlləsində 200 manat miqdarında cərimə nəzərdə tutulur. Qanunla müəyyənləşdirilən hallar istisna olmaqla, ev heyvanlarının xairici görkəmini dəyişdirmək və ya müalicə məqsədi güdməyən digər cərrahi əməliyyatlar - yəni qulaqlarının kəsilməsi, səsin azaldılması (devokalizasiya), dırnaq və dişlərinin çıxarılmasına görə də 200 manat cərimələnir. Heyvanların səsini batıran və icra hakimiyyətinin müəyyən etdiyi qayğını əsirgəyən şəxslər də 200 manat cərimə ödəməlidir.

Heyvanlar aləmi obyektlərinin əldə edilməsi, realizə olunması, Azərbaycan Respublikası hüdudlarından kənara göndərilməsi, aparılması və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qaydalarının pozulmasına görə -üç yüz manat miqdarında cərimə edilir”.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 2916