Dələduz vəkilə hökm oxundu - 7 il


16:03     14 Aprel 2017 hokm%20oxu.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Femida.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Qurbanov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T.Qurbanov 6 nəfər vətəndaşın etibarından istifadə edərək, onlardan ümumilikdə 80 min manat pul alıb. Daha sonra o, həmin şəxslərə pullarını geri qaytarmayıb. Zərəçəkmişlərin hüquq-mühafizə orqanlarına şikayətləri əsasında onun barəsində axtarış elan olunub. Daha sonra T.Qurbanov saxlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, T.Qurbanov əvvəllər müstəntiq, istintaq şöbəsinin rəisi vəzifəsində çalışıb. O, Vəkillər Kollegiyasının üzvüdür.

Femida.az

Açar sözlər:

Oxunub: 1701