Ter-Petrosyan seçkilərin nəticələrinin ləğvini tələb edir


01:08     15 Aprel 2017 terpet.jpg

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbəri olduğu “Erməni Milli Konqresi-Ermənistan Xalq partiyası” bloku aprelin 2-də keçirilən parlament seçkilərinin nəticələrinin ləğv edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.


Femida.az xəbər verir ki, bu barədə emrəni KİV-lərinə blok adından çıxış edən vəkil Tiqran Yeqoryan bildirib.

"Hesab edirik ki, aprelin 2-də keçirlən seçkilərdə hökumət sərbəst iradə və gizli səsvermə prinsiplərini pozub. İnzibati resurslardan istifadə edilib".

Qeyd edək ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirilib. Nəticələrə əsasən seçkidə ilk yeri səslərin 49,12%-ni toplayan Respublika partiyası tutub. İkinci yerdə “Tsarukyan” bloku (27,32 %) qərarlaşıb. Bülletenlərin 100%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,77 % səs toplayan “Yelk” “Daşnaksutyun” partiyasını (6,57%) qabaqlayıb.

Digər partiyalar parlamentə keçid həddini adlaya bilmir.

Femida.az

Açar sözlər:

Oxunub: 838