Moldova Avrasiya İttifaqında müşahidəçi ölkə olacaq


01:01     15 Aprel 2017 moldova-flag.jpg

Moldova Avrasiya İqtisadi İttifaqında müşahidəçi ölkə statusu alacaq.


Bu barədə qərar Avrasiya İqtisadi İttifaqının Bişkekdə keçirilən Ali İqtisadi Şurasında qəbul olunub.

İclasda çıxış edən Qırğızıstan prezident Almazbek Atambayev Moldovanın müşahidəçi statusuna Ali İqtisadi Şura tərəfindən baxıldığını və müsbət qərar verdiyini bildirib.

Avrasiya İqtisadi İttifaqının Bişkekdə keçirilən Ali İqtisadi Şurasında Moldova prezidenti İqor Dodon da iştirak edib.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərir. Təşkilatın üzvləri Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstandır.

Femida.az

Açar sözlər:

Oxunub: 1080