Prezervativ və şpris fondu SOROS – ARAŞDIRMA


21:28     10 Avqust 2015 Corc%20Sorosss2.jpg


Özünü xeyriyyə qurumu kimi təqdim edən Soros fondu öz fəaliyyətində bu xeyriyyəçilikdən tamamilə uzaq olduğunu hər dəfəsində nümayiş etdirir. Həmin fondun dünyadakı fəaliyyətinə cüzi nəzər saldıqda aydın olur ki, məqsədlərinin kökündə tamamilə siyasi və iqtisadi amillər dayanır. Yəni “demokratiya” davası aparan Soros fondu əslində bu “demokratiya” adı altında öz çirkin məqsədlərinə nail olmaq istəyir.

Bəs Soros fondu bununla nəyə nail olmaq istəyir?

Əvvəlcə qeyd edim ki, Soros fondunun qurucusu yəhudi əsilli milyarder Corc Sorosdur. Corc Soros bu fondla yanaşı dünyanın bir çox ölkələrinə nüfuz etmiş Açıq Cəmiyyət İnstitutunun da yaradıcısı hesab edilir.

Fondun əsas fəaliyyət mexanizmi iqtisadi asılılıq üzərində qurulub. Sorosun fondları hədəfdə olan ölkələrdə sabitliyi pozmaqla həmin ölkənin iqtisadi inkişafının qarşısın almağa çalışır. Yaranan durğunluq şəraitində isə istehsal azalır, işsizlik və ölkənin maliyyə resurslarına tələbatı artır. Bu zaman beynəlxalq maliyyə institutları dərhal hərəkətə keçərək həmin dövlətlərin borclanmasına və asılı duruma düşməsinə səbəb olurlar. Külli miqdarda maliyyə-borc bataqlığına girən dövlətlər öz xarici siyasətlərini beynəlxalq maliyyə institutlarının istədiyi kimi yönləndirirlər. Bununla da iqtisadi asılılıq tədricən siyasi asılılığa çevrilir.

Maliyyə əməliyyatları “Quantum” fondu vasitəsilə həyata keçirilir...

Ehtimallara görə Soros ABŞ xarici siyasətinin yönləndirən şəxslərdəndir. O, bütün dünya ölkələrinin öz iqtisadi diplomatiyalarını ABŞ maraqlarına uyğun yürütməsinə çalışır.



1998-ci il Rusiya iqtisadi böhranında Soros fondlarının əməyi var idi. Maraqlıdır ki, Soros hətta İngiltərəyə belə rəhm etməyib. Belə ki, Sorosun məşhur funtsterlinq fırıldağında İngiltərəbankı (bank of England) 20 milyard dollar itirmişdi.Həmin fırıldağın hesabına Corc Soros birgündə 1.3 milyard dollar gəlir əldə etmişdi. Həmin hadisə “Qara çərşənbə” adı ilə yadda qaldı. Soros maliyyə bazarlarında bütün fırıldaqlarını “Quantum” fond şirkəti vasitəsilə həyata keçirir. Bu kampaniya Karib hövzəsində yerləşən Kurasao adasındakı hollandlardan birinin adına qeydiyyatdadır.
Son vaxtlar ABŞ-da qaradərililərə qarşı tətbiq edilən polis zorakılığı fonunda Ferquson şəhərində ciddi iğtişaşlar baş qaldırmışdı. Bəzi mənbələrə görə həmin iğtişaşların baş qaldırmasında Sorosun fondlarının böyük rolu olub. Ehtimallar görə Soros Ferquson hadisələrini maliyyələşdirən əsas sima olub. ABŞ xarici siyasətini yönləndirən şəxsin ölkə daxilində qaradərililəri hakimiyyət əleyhinə mübarizəyə səsləməsi suallar yaradır.

Soros fondunun maliyyə yardımı ilə Türkiyədə “İqtisadi və Sosial Araşdırmalar Fondu” yaradılır. Həmin fond türk cəmiyyətinə "demokratik açılım” adı ilə türk-erməni, türk-kürd münasibətləri ilə bağlı milli maraqlara uyğun gəlməyən təşəbbüslər təqdim edir. Bu məqamda əsas məqsəd isə Türkiyə daxilində çaxnaşma yaratmaqla siyasi-iqtisadi sabitliyi pozmaqdır.

Sorosun yaratdığı fondlar demək olar ki, dünyanın bütün ölkələrində geniş fəaliyyət göstərir. Fondun postsovet ölkələrinə nüfuz etməsi xüsusi olaraq qeyd edilməlidir. SSRİ-nin dağılması ilə postsovet ölkələrinə borc-kredit formasında maliyyələr ötürüldü və nəticədə, həmin ölkələr beynəlxalq donorlardan iqtisadi baxımdan asılı vəziyyətə düşdülər.



Məhz onun gürcü müxalifətinə ayırdığı pulların sayəsində Gürcüstanda "narıncı inqilab" baş vermiş və prezident E.Şevardnadze hakimiyyətdən uzaqlaşdırılmışdı. Əvvəllər C.Soros bunu inkar etsə də, daha sonra başqa bir ölkənin daxili işlərinə müdaxilə etdiyini etiraf etmişdi. Ehtimallara görə, o, bu məqsədlə gürcü müxalifətinə 2,5-3 milyon dollar məbləğində köməklik göstərmişdi.

Ukraynada vətəndaş müharibəsi gedərkən Corc Soros Ukraynada fəaliyyət göstərən nümayəndəliyinin də dəstəyi ilə Naftaqaz şirkətini ələ keçirmək istəyirdi. Sorosun bu planını “Kiberberukt” xaker təşkilatı aşkara çıxarmışdı.

Hətta vəziyyət o həddə çatdı ki, bir sıra postsovet ölkələrində, Belarusda, Özbəkistanda, Türkmənistada Açıq Cəmiyyət İnstitutunun fəaliyyəti qadağanolundu. Rusiyada isə həmin institutun fəaliyyətinə məhdudiyyət qoyuldu.

Dünya mediyası və Soros…

Hazırda dünyadakı tanınmış media orqanları və QHT-lərin demək olar ki, əksəriyyəti bu və ya digər şəkildə kimlərinsə maraqlarına xidmətedir. Sadə dillə desək, “sifariş” əsasında fəaliyyət göstərirlər. Açıq Cəmiyyət İnstitutu “Amnesty İnternational” və "Human Rights Watch” kimi beynəlxalq təşkilatların birbaşa donorudur. Həmin təşkilatların fəaliyyətinin istiqamətlərini məhz Açıq Cəmiyyət İnstitutu müəyyən edir. Bu Soros fondunun dünya mediyasını əlində oyuncağa çevirməsinin real sübutudur."Freedom House” təşkilatının əsas donorlarından biri də Sorosun fondlarıdır.



"Amnesty International”, "Human Rights Watch”, “Freedom House” kimi beynəlxalq təşkilatların əsas maliyyə dəstəkçisinin Soros fondu olması dünyadakı “demokratiya” hərəkatının bir mənbədən idarəolunması anlamına gəlir.

Ölkəmizdəki “5-ci kolon” və Sorosun fondları…

Əfsuslar olsun ki, Soros fondlarının nüfuz etdiyi ölkələrdən biri də Azərbaycandır. Məlumdur ki, ABŞ-da və Avropada Azərbaycanla bağlı yayılan qərəzli statistikaların kökündə Sorosun Açıq Cəmiyyət İnstitutunun məkirli fəaliyyəti dayanır. Bir neçə il bundan əvvəl ABŞ Dövlət Departamentinin Azərbaycanda 33 min narkomanın olması və bu narkomanlardan çoxunun qadın olması ilə bağlı qərəzli bəyanatı səsləndi. Sözsüz ki, belə bəyanatın səslənməsində məqsəd gələcəkdə bu faktdan Azərbaycanla bağlı mənfi rəyin verilməsində istifadə etməkdir. Azərbaycanla bağlı bu qərəzli statistika ölkəmizdəki “5-ci kolon” və Açıq Cəmiyyət İnstitutunun birgə fəaliyyəti nəticəsində hazırlanmışdı.

Bu necə baş verdi?

Açıq Cəmiyyət İnstitutunun Azərbaycanda reproduktiv sağlamlığın təbliği adı altında maliyyələşdirdiyi layihələr kağızda narkomaniya, HİV, AİDS-ə yoluxmuş insanlarla yardımı nəzərdə tutur. Reallıqda isə ayrılan qrantın əvəzində ölkəmizdə narkomanların sayı şişirdilmiş şəkildə göstərilməli idi. Şişirdilmiş rəqəmlər isə yerli QHT-lərlə Açıq Cəmiyyət İnstitutunun birgə “fəaliyyəti” nəticəsində əldə edilmli idi. Bu layihəni reallaşdıran yerli QHT-lər Soros fondundan aldıqları maliyyənin qarşılığında ölkəmizdə 33 min narkomanın olduğunu qeyd etdi. Bu statistikanın ABŞ Dövlət Departamentinin bəyanatında səslənməsi gələcəkdə bundan Azərbaycana qarşı mənfi fikrin formalaşdırılması üçün bir vasitə kimi istifadə edilə biləcəyinə zəmin yaratdı.



Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova da Sorosdan maliyyələşən yerli QHT-lər arasındadır. Mətanət Əzizova Soros fondundan külli miqdarda maliyyə vəsaiti almaqla ölkəmiz əleyhinə qərəzli statistika hazırlayıb təqdim edirdi. Mətanət Əzizova aldığı qrantların qarşılığında Azərbaycanda fahişəliyin geniş yayılması, Azərbaycandan azyaşlı qızların Gürcüstanın kazino və otellərində fahişəliyə cəlb olunması ilə bağlı qərəzli hesabat hazırlamışdı. Bu hesabatlar isə Ermənistan mediasının manşetlərini bəzəyib.

Xatıraldaq ki, Mətanət Əzizova həmin qrantları Leyla Yunus vasitəsilə alırdı. Belə ki, Leyla Yunus həmin prosesdə vasitəçi rolunda çıxış edirdi. Bu haqda Mətanət Əzizovanın Leyla Yunusun sonuncu məhkəməsinə göndərdiyi məktubda da deyilir:

“Leyla Yunus "Sülh və Demokratiya İnstitutu" xətti ilə keçirilən tədbirlərə görə mənə pul verməyib. 2003-cü ildən həmin təşkilatın sədr müavini olmuşam. Aldığımız qrantlara dair sənədləşmə aparılıb, lakin ofisimiz söküldüyünə görə sənədlər məhv edilib. Möhür, ştamp, maliyyə hesabları Leyla Yunus özündə saxlayırdı. Leyla Yunus bank hesabları olan pulları nağd şəkildə alıb bizə verirdi. Layihələr barədə soruşanda isə qrantların “Ön Qafqaz Qadınlarının Cəmiyyəti”nə deyil, Sülh və Demokratiya İnstitutuna aid olduğunu deyirdi”

Ölkəmizdə bir sıra qeyri-hökumət təşkilatları var ki, Soros fondunun qrantlarından bəhrələnirlər. Bu siyahıya “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Əmək Hüquqlarının Müdafiəsi Liqası, “Müasir İnkişaf və Tədrisə Yardım Mərkəzi” kimi təşkilatların adlarını daxil edə bilərik. Belə təşkilatlar Sorosun əsl məqsədlərini bilmədən onun fondundan külli miqdarda maliyyə dəstəyi alırlar. Alınan qrantlar kağız üzərində xeyriyyə işlərinə xərclənməli olduğu halda, əslində konkret maraqlara xidmət edir. Yerli QHT – lər xeyriyyə işlərini gördüklərini zənn etsələr də, reallıqda ölkəmizin çətin duruma düşə biləcəyi ehtimalından bixəbərdirlər.

Soros və erməni diasporu...

Soros fondunun maliyyə dəstəyi ilə bir sıra beynəlxalq təşkilatların insan haqları bəhanəsi ilə Azərbaycana hücumunda erməni izləri açıq-aşkar görünür. Bilindiyi kimi Sorosun fondları müxtəlif beynəlxalq təşkilatlar, QHT-lər, fondlar və beyin mərkəzləri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq Sorosun nüfuz etdiyi ölkələrdə rahat fəaliyyətini, onun manevr imkanlarını genişləndirirdi. Bu baxımdan Açıq Cəmiyyət institutunun əsas havadarlarından biri “Carnegi Corporations” təşkilatıdır. Bu iki təşkilat bir çox sahələrdə, xüsusilə xarici ölkələrdə demokratik islahat tələbləri sahəsində əməkdaşlıq edir. “Carnegi Corporations” təşkilatının prezidenti isə İran ermənisi Vartan Qreqoriandır. Vartan Qreqorian erməni diasporunun maraqlarını qoruyan, onu maliyyə cəhətdən təmin edən şəxslərdən biridir.


Vartan Qreqorian



Beləliklə, araşdırdıqca məlum olur ki, Azərbaycanda insan hüquqları və demokratiyanın mövcud vəziyyətini “bəyənməyən” beynəlxalq təşkilatlar erməni diasporunun birbaşa təsiri altındadır. Bu fakt Azərbaycan haqqında yazılan qərəzli məlumatların hansı mənbədən qaynaqlandığını bir daha sübut edir. Sözsüz ki, ölkəmizdə “Carnegi Corporations” təşkilatı ilə əməkdaşlıq edən yerli QHT və media orqanları da var. Bu media orqanlarının siyahısına “Azadlıq.org”, Meydan tv kimi sayt və kanalların adlarını qeyd edə bilərik. Adlarını çəkdiyim yerli media orqanları “Carnegi Corporations”, Açıq Cəmiyyət İnstitutu kimi təşkilatların yerli havadarları rolunda çıxış edirlər.

“Carnegi Corporations” təşkilatının Azərbaycan nümayəndəliyi "KARNEGİ TREYNİNG KLUB" adında fəaliyət göstərir. Rəhbəri isə Nəcəf Allahverdiyevdir. O, İranda təhsil alıb. “Carnegi Corporations” təşkilatı Misirdə inqilabın əsas səbəbkarlarından hesab edilir. Hazırda təşkilatın ikinci ən böyük ofisi Qətərdə fəaliyyət göstərir. Qətərdə yerləşən fond ərəb dövlətlərində inqilabi əhvali-ruhiyyənin yüksəldilməsinə çalılşır. Bu məqamda Nəcəf Allahverdiyevin də məqsədi aydın olur: Ölkə daxilində çaxnaşma yaratmaq və xalq arasında inqilab əhvali-ruhiyyəsini artırmaq.

Soros fondunun maliyyə dəstəyindən yararlanan dünyanın tanınmış media orqanları insan hüquq və azadlıqlarının müdafiəsi adı altında ölkədəki siyasi vəziyyəti gərginləşdirməyə, əhali arasında inqilab əhvali-ruhiyyəsinin artmasına çalışırlar.
Soros fondu “National Endowment for Democracy” (NED) təşkilatının əsas maliyyə mənbələrindən biridir. Bu təşkilat “demokratiya” bayrağı altında əslində öz məkrli diplomatiyasını yeridir. Bu təşkilat vasitəs ilə Azərbaycandakı “tərəfdaş” QHT və media orqanlarına ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülür. Soros fondu bu təşkilatı maliyyələşdirməklə bir daha öz “məqsədlərini” açıq şəkildə bəyan edir.

C.Sorosun "siyasi fəaliyyəti" hətta bir sıra çox seriyalı bədii televiziya filmlərinə də səhnə olub. Belə ki, Türkiyənin "Qurdlar Vadisi" teleserialında C.Sorosun Asiya ölkələrində reallaşdırmağa çalışdığı planlardan da bəhs edilir.

İstinad olunub:

Jeffrey T. Kuhner, The Soros empire - Washington Post

“George Soros funds Ferguson protests, hopes to spur civil action” – Washington Post

“George SOROS-OSI-Open Society Institute-Açık Toplum Enstitüsü ve "SOROS" Kimdir?” – Güncelmeydan.com

Ərəstü Həbibbəyli, "Beşinci kolonun" əsas maliyyə dayağı – Soros fondu

Femida.az

Açar sözlər:

Oxunub: 4360


Oxşar xəbərlər