28 miqrant susuzluqdan və aclıqdan ölüb


01:56     19 Aprel 2017 photo0.jpg

Liviyanın Sabrat şəhərinin sahilində balıqçılar qayıqda 28 qeyri miqrantın meyitini aşkar ediblər.


"TASS"ın verdiyi məlumata görə, onlar aclıqdan və susuzluqdan ölüblər.

Bildirilib ki, Qayığın mühərrikinin sıradan çıxması səbəbi ilə onlar dənizin ortasında qalıblar.

Onu da qeyd edək ki, Liviya Aralıq dənizi vasitəsi ilə Avropaya düşmək istəyən qeyri-leqal miqrantlar üçün əsas tranzit məntəqəsi sayılır.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il Liviya sahillərində azı 650 miqrant həlak olub və ya itkin düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1168