Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq
21:22 19 Aprel 2017
Gələn il yanvarın 1-dən Azərbaycan vətəndaşları bəzi ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə bilərlər.
Femida.az Trend-ə istinadən xəbər verir ki, “Azərbaycanın Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Bu dəyişikliyin 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi təklif edilir.
Məcəlləyə bu dəyişiklik “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun icrası ilə əlaqədar təklif edilir.
Bu qanun layihəsi Milli Məclisin mayın 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Qeyd edək ki, hazırda vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan vətəndaşının pasportu ilə həyata keçirilir.
Femida.az
Oxunub: 1154
Oxşar xəbərlər
- Şəxsiyyət vəsiqəsini itirənlər cərimələnməyəcək
- Şəxsiyyət vəsiqəsini itirən vətəndaş nə etməlidir? - Hüquqi yardım
- Şəxsiyyət vəsiqəsi hansı hallarda dəyişdirilməlidir?
- Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK
- Şəxsiyyət vəsiqəsiz dollar satılmır
- Şəxsiyyət vəsiqələri üçün yeni rüsumlar
- Şəxsiyyət vəsiqəsi ilə hansı ölkələrə səfər edə bilərik?
- Şəxsiyyət vəsiqəsi ilə ölkədən getmək olar- Sərəncam
- Şəxsiyyət vəsiqələrində yenilik (FOTO)