Müxalifətin müraciəti rədd edildi - Türkiyədə


00:11     20 Aprel 2017 1403519759_turkiye-parlamenti-cneubnews2.jpg

Türkiyə Ali Seçki Komissiyasının (YSK) aprelin 16-da keçirilmiş referendumun nəticələrinin ləğvi üçün edilmiş müraciət əsasında iclası keçirilib.


Femida.az - ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, qəbul edilmiş qərara görə Komissiya referendumun nəticələrinin ləğvi üçün edilmiş müraciətləri rədd edib.

Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyası, HDP və Vətən partiyası Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumun nəticələrinin ləğvi üçün Ali Seçki Komissiyasına müraciət edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1305