Qadınlar orduya çağrılır - Kəşfiyyat bölməsinə


00:46     20 Aprel 2017 japan_army_170417.jpg

Yaponiyanın müdafiə naziri Tomomi İnada ölkə ordusunun kəşfiyyat bölmələrinə və tank qoşunlarına qadınların cəlb olunmasına qoyulan məhdudiyyətin aradan qaldırıldığını elan edib.


Femida.az -ın məlumatına görə, nazir həmçinin özünümüdafiə qüvvələrinin sıralarında qadın qulluqçuların sayının artırılmasının da nəzərdə tutulduğunu deyib.

Beləliklə, Yaponiya ordusunda qadınların xidmətinə məhdudiyyət yalnız radioloji müdafiə və sualtı qayıq bölmələrində qüvvədə qalacaq.

Açar sözlər:

Oxunub: 2741