Bayılda silahlı insident - 2 nəfər güllələnib


13:46     20 Aprel 2017 gullelenme5.jpg

Bakının Səbail rayonunda silahlı insident qeydə alınıb.


Səbail rayon Polis İdarəsinin yaydığı məlumata görə, hadisə ötən gecə Salyan şossesində qeydə alınıb.

Naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb.

Onlar xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib.

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 4317


Oxşar xəbərlər