Arvadının üzünə “kislota“ tökdürən kişiyə ağır cəza


20:17     20 Aprel 2017 hebs55.PNG

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Vüqar Kərimov və Tural Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Vüqar Kərimov 9 il, Tural Hüseynov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə Pirallahı rayonunda baş verib. Adı çəkilən şəxslər Nuranə Hüseynovanın üzünə "kislota” atmaqda təqsirləndirilir. Nəticədə qadın bir gözünü itirib.

Pirallahı rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi istintaq hərəkətləri zamanı cinayəti törədən şəxslər, qadının keçmiş həyat yoldaşı, cinayətin sifarişçi - 1987-ci il təvəllüdlü Tural Hüseynov və icraçı – 1981-ci il təvəllüdlü Vüqar Kərimov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1025


Oxşar xəbərlər