Tillerson Lavrova zəng edib


02:35     22 Aprel 2017 1-471411.jpg

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.


Femida.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

Bildirilir ki, telefon danışığı zamanı Rusiya və ABŞ ikitərəfli münasibətlərdə ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupun yaradılmasına dair razılığa gəliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1036