Yaponiyada AES işə düşdü - Xalq etiraz edir


17:27     11 Avqust 2015 1439055633171050718_1000x669.jpg

Yaponiyada son 4 ildə ilk dəfə atom elektrik stansiyasının fəaliyyətinin bərpası haqqında qərar qəbul edilib.


Femida.az-ın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu gün Kyüsü adasında “Senday” Atom Elektrik Stansiyası işə salınıb.

Məlumata görə, stansiyanın birinci reaktoru cümə günü işə düşəcək. Gələn aydan isə tam gücü ilə işə düşəcəyi gözlənilir. İkinci reaktor oktyabrda işə düşəcək.

Ümumilikdə, Yaponiya hökuməti 25 nüvə reaktorunun işə salınmasını planlaşdırır. Lakin hər bi reaktorun işinə ciddi nəzarət ediləcək.

“Senday” stansiyasını idarə edən şirkət yeni təhlükəsizlik sisteminə 120 milyon dollar xərcləyib. Reaktorun yenidən işə salınması yerli əhali arasında etiraz aksiyaları ilə müşahidə olunub. Onlar Fukusimada baş verən qəza ilə əlaqədar atom enerjisindən istifadəyə etirazlarını bildiriblər.

Xatırladaq ki, Fukuşima-1 atom elektrik stansiyası 2011-ci ildə Yaponiya sahillərində baş verən güclü zəlzələ və sunamidən ciddi zərər çəkib.

Açar sözlər:

Oxunub: 1100