Qıcolmadan öldüyü deyilirdi - Polis isə xəbəri yalanladı


15:42     25 Aprel 2017 xestexana_012548.jpg

Bakıda qıcolma ilə xəstəxanaya daxil olaraq orada ölən şəxsin yol qəzasında aldığı xəsarətdən ölməsi müəyyən edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, aprelin 18-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən Bakı şəhər sakini Şahin Şahmuradov qıcolma diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ş.Şahmuradovun yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.

Aparılan əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsini "QazEL" markalı avtomobillə törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rafiq Həsənov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 588


Oxşar xəbərlər