“Olub da, gəlmişik“ - Evlərə basqın edən dəstə saxlanıldı


22:40     26 Aprel 2017 1399714276_cenubnews-hebs-yeni.jpg

Masallıda cinayətkar dəstənin üzvləri saxlanılıb.


Femida.az ARB TV-yə istinadla xəbər verir ki, rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqla məşğul olan üç nəfərlik dəstə zərərsizləşdirilib.

Aprelin 18-dən 19-na keçən gecə rayonun Qızılağac kəndində maskalı şəxslər Tinati Səlimova, Xoşqədəm Mirzəyeva, Hökumə Səfərovanın yaşadığı mənzillərə daxil olaraq ev sahiblərinə hədə-qorxu gəlmək yolu ilə ümumilikdə 3 min manat dəyərində qızıl-zinət əşyaları ələ keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində evlərə basqın etməkdə şübhəli bilinən üç nəfər Bakı şəhərində saxlanılıb. Onlar - Qızılağac kənd sakini Vüsal Əliyev, Bərdə rayon sakini Faiq Abışlı və Astara rayon sakini Amil Qənbərovdur.

Vüsal Əliyev - Saxlanılan şəxs: "Allah şeytana lənət eləsin, olub da, gəlmişik. Törətdiyim əmələ görə də peşmanam".

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 616