22 yaşlı oğlan ağzından bıçaqlandı
13:30 27 Aprel 2017
Bakıda gənc oğlan ağzından bıçaqlanıb.
Hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Əhmədov Tərlan Əfqan oğluna ağzının sağ nahiyəsindən bıçaqla xəsarət yetirilib. T. Əhmədov xəstəxanaya yerləşdirilib.
O, polisə ilkin ifadəsində yıxıldığını, bu zaman ağzını şüşə kəsdiyini deyib. Lakin Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları T.Əhmədovun ifadəsinin yalan olduğunu üzə çıxarıblar.
Məlum olub ki, 22 yaşlı gənc mübahisə zamanı bıçaq xəsarəti alıb. Hazırda ona xəsarət etmiş şəxsin kimliyi araşdırılır.(Report)
Femida.az
Oxunub: 1201
Oxşar xəbərlər
- 22 yaşlı oğlan özünü xurma ağacından asdı
- 22 yaşlı qadın itkin düşüb
- 22 dərəcə isti olacaq - Sabahın havası
- 22 yaşlı qız bazarlıq adı ilə evdən qaçıb
- 220 `bomj`a təcili yardım göstərilib
- 22 yaşlı qız parkda özünü asdı - Bakıda dəhşət
- 22 yaşlı oğlan özünü asıb
- 22 yaşlı gənc intihara cəhd edib
- 22 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi - FOTO
- 225 nəfər evlənə bilmədi - SƏBƏB