Pirallahıda su olmayacaq


20:42     28 Aprel 2017 su%20olmayacaq6.jpg

Bakı şəhəri Pirallahı qəsəbəsinin içməli su ilə təchizatında məhdudiyyətlər olacaq.


"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, məhdudiyyət mayın 1-i saat 09:00-dan etibarən gün ərzində olacaq. Buna səbəb qəsəbəni içməli su ilə təmin edən Zirə-Pirallahı magistral su xətti üzərində yeni birləşmənin aparılmasıdır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 858