Artıq bu keçiddən istifadə edə bilərsiz


13:44     29 Aprel 2017 kecid_nobel_290417_(2).jpg

"Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində inşa edilən yeraltı piyada keçidində tikinti işləri yekunlaşıb.


“Azəravtoyol” ASC-dən Femida.az-a verilən məlumata görə, artıq vətədaşlar keçiddən istifadə edərək avtomobil yolunu keçə bilərlər.

keçidin ümumi uzunluğu 4 istiqamət üzrə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidin giriş-çıxış hissəsinə 8 ədəd çöl şəraitində quraşdırılan eskalator qoyulub.

Keçidin içərisi bütövlükdə işıqlandırma sistemi ilə təchiz olunub, bundan əlavə sanitar və 2 mühafizə otaqları ilə təmin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 677