Qəbul imtahanları başa çatıb
20:58 30 Aprel 2017
Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində aparılıb.
Saat 11.00-da başlanan imtahan saat 14.00-da başa çatıb.
İmtahana nəzarətçi-müəllimlər nəzarət ediblər.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizasına başlanılıb. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları DİM-in internet saytında və "Facebook" səhifəsində yerləşdiriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.
Femida.az
Oxunub: 1594
Oxşar xəbərlər
- Qəbul qaydalarında dəyişiklik olacaq? - Məleykə Abbaszadədən açıqlama
- Qəbulda şəhid övladlarına üstünlük veriləcək
- Qəbul imtahanında maksimum 400 bal olacaq
- Qəbul imtahanının nəticələri açıqlandı
- Qəbul imtahanlarının vaxtı açıqlandı
- Qəbul və buraxılış imtahanlarının tarixləri açıqlandı
- Qəbul imtahanları ilə bağlı statistik məlumatlar açıqlandı
- Qəbul imtahanının birinci mərhələsi keçirilib
- Qəbul imtahanları pulsuz olacaq - SƏRƏNCAM
- Qəbul imtahanı iki dəfə keçiriləcək