Şagirdin zorlanma xəbərinə keçmiş direktordan reaksiya - Şamaxıda olay
15:59 01 May 2017
Mətbuatda yayılan xəbərdə Şamaxı rayonunda yerləşən 5 saylı məktəbdə - Avropa liseyində ikinci sinif şagirdinin zorlanması iddia olunub. Yayılan xəbərdə qeyd olunub ki, şagird eyni məktəbdə təhsil alan oğlanlar tərəfindən zorlanıb, daha sonra xəstəxanada ölüb.
Yayılan xəbərlə bağlı adıçəkilən liseyin keçmiş direktoru Məzahir Məmmədov Femida.az-a açıqlama verib. Keçmiş direktor bildirib ki, bu xəbəri məktəbdə işləyən iki nəfər qadın müəlliməsi yayıb.
“ Bu xəbər kökündən yalnışdır. Mənim 62 yaşım var. Özüm də həmin məktəbdə uzun müddət direktor işləmişəm. Bu xəbəri yayan şəxslər keçən il məndən də şikayət məktubları yazırdılar. Neçə ay yoxlama keçirildi. Bir ay olar ki, həmin vəzifəni icra etmirəm. İndi də direktor vəzifəsini müvəqqəti icra edən Zərifə müəlliməni gözdən salmaq məqsədi ilə o adamlar bu xəbəri yayır. Özləri vəzifəyə gəlmək istəyirlər”
Məzahir Məmmədov həmçinin qeyd edib ki, bu xəbərlə bağlı hüquq mühafizə orqanları və Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.
“Dünən bütün şagirdləri saydılar. Şagirdərin davamiyyəti yerindədir. Saytlar yazır ki, guya uşağı və anasını öldürüblər. Şamaxıda hamı bir-birini tanıyır. Onu harada yandırıblar ki, heç kim görməyib?”
Miri Məcidli
Femida.az
Oxunub: 10355
Oxşar xəbərlər
- Şagirdin ölümünə səbəb olan müəllim 500 AZN cərimə edilib
- Şagirdini `zorlayan` direktorun əşyaları əlindən alındı
- Şagirdini hamilə qoyan müəllimə cəza- 5 il 6 ay
- Şagirdini zorlayan müəllimlə bağlı baş prokurora müraciət
- Şagirdini hamilə qoyan müəllimin ailəsində bədbəxt hadisə
- Şagirdini zorlamaqda ittiham olunan müəllimə - Cinayət işi açıldı
- Şagirdini hamilə qoyan müəllim tutuldu
- Şagirdin müəlliməsini döyməsi ilə bağlı - NƏTİCƏ
- Şagirdin ölümü ilə bağlı cinayət işi başladı