Sürücülərin diqqətinə: Bu yoldan istifadə etməyin


14:07     02 May 2017 kuce%20renglenme.jpg

"Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.


"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri bu gün səhər saat 10:00 - dan etibarən Xətai rayonu, Nobel prospektində aparılacaq.

"Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

Femida.az

Açar sözlər:

Oxunub: 592