Sovet marşalı xəstəxanaya düşdü


01:11     03 May 2017 marsal.jpg

SSRİ-nin sonuncu müdafiə naziri, marşal Dmitri Yazov P.Mandrıla adına Moskva mərkəzi hərbi kliniki hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 92-yaşlı Yazov beyin qan dövranın kəskin pozuntusu diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Yazova intensiv tibbi yardım göstərilib, yaxın zamanda onun reanimasiyadan palataya köçürülməsi gözlənilir.

Dmitri Yazov 1924-cü ilin noyabrın 8-də anadan olub. Sovet İttifaqının marşalı hərbi rütbəsi verilmiş (1990-cı il) sonuncu sovet komandanıdır. Yazov 1987-91-ci illərdə SSRİ-nin müdafiə naziri olub.

Açar sözlər:

Oxunub: 807