Zərraba ağır cəza verilə bilər - Məhkəmə baş tutub


15:56     03 May 2017 photo_20494.jpg

Korrupsiya və rüşvət ittihamları ilə ötən ilin martında həbs edilən azərbaycanlı iş adamı Rza Zərrab yenidən hakim qarşısına çıxarılıb.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə Riçard Bermanın sədrliyi ilə keçirilib.

Məhkəmədə doğruları deyəcəyinə, yalan danışmayacağına and içən Zərrab fiziki və ruhi sağlamlığı ilə bağlı çətinliyinin olmadığını deyib. Zərrab həbsxana həkiminin resept yazdığını və dərman qəbul etdiyini bildirib.

Daha sonra hakimin ingilis dilində verdiyi suallara Zərrab türkcə cavab verib. Zarrab haqqındakı iddiaları oxuyan hakim Berman: “Zərrab haqqındakı iddialar əgər sübut olunsa, çox ciddi cinayət hesab olunacaq”.

Hakim Bermanın “Vəkillərin əmək haqları Rza Zarrabdan başqa, İran, “Xalq Bank”, Türkiyə, yoxsa ABŞ ödəyir?” sualına cavabında vəkil qısaca olaraq pulların İran tərəfindən ödənilmədiyini qeyd edib. Zarrabın məhkəməsi digər sualların cavablandırması üçün 11 may tarixinə təxirə salınıb.

Xatırladaq ki, Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1152


Oxşar xəbərlər