25 yaşlı gənc yol qəzasının qurbanı oldu


13:23     04 May 2017 1436105092_1433932210_gencede-piyadanin-olumu-ile-neticelenen-yol-qezasi-bash-verib%20(1).jpg

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, sürücüsünün adı hələlik açıqlanmayan minik avtomobili şəxsiyyəti məlum olmayan 25-27 yaşlı oğlanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Hazırda Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölmüş şəxsin kimliyini araşdırır.

Hadisəni törətmiş sürücü saxlanılıb. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 853